SON DƏQİQƏ
» » Birinci vitse-prezidentin göstərişi icraata götürüldü

Birinci vitse-prezidentin göstərişi icraata götürüldü

Tarix:

26-01-2019, 17:40

/ 10 217 dəfə oxundu.
Birinci vitse-prezidentin göstərişi icraata götürüldü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.

Bu barədə GunAz.az-a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən məlumat verilib.

Bununla bağlı “Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ