SON DƏQİQƏ

“Heç kim işsiz qalmayacaq” - Elman Məmmədov

Tarix:

26-01-2019, 17:10

/ 10 415 dəfə oxundu.
“Heç kim işsiz qalmayacaq” - Elman Məmmədov

“Azərbaycanda struktur islahatları aparılır və bunun təşəbbüskarı ölkə prezidenti İlham Əliyevdir. Bu prosesi xalqımız tərəfindən dəstəklənir. Ancaq müsbət hadisə odur ki, struktur islahatları zamanı işini itirən vətəndaşlarımız işsiz qalmır və digər işlərlə təmin olunur. Bu prosesin də başında cənab prezident və ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyeva dayanır”.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Buna misal olaraq birinci vitse-prezident Mehriban Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə göstəriş verməsini göstərən deputat əlavə edib ki, bu kimi misallar onlarladır.

Onun sözlərinə görə, prezident İlham Əliyev də ixtisarlar səbəbindən işlərini itirən vətəndaşların qayğısına qalır və bununla bağlı müəyyən addımlar atır:

“Azərbaycan prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin institutunun açılışı mərasimində açıq elan etdi ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaq. Bu olduqca əhəmiyyətli məsələdir və hamı tərəfindən yüksək qiymətləndirilir. Yəni bu məsələlər prezidentin diqqətindədir. Vitse-prezident Mehriban xanım da göstərişi zamanı bu məsələnin üzərində xüsusilə dayandı. Struktur islahatları keçirilir və vaxtaşırı da keçiriləcək. Cənab prezidentin dediyi kimi, şişirdilən idarəetmə, icra strukturları daha çevik, daha müasir, daha iş qabiliyyətli sturukturlarla təmin ediləcək. Amma bu, o demək deyil ki, burada iş yerini itirən, ixtisara düşən işçilər işsiz qalacaq. Dövlətin ali rəhbərliyi bu məqamlara da ciddi diqqət etdirir. İxtisara düşən şəxslər öz işlərinə, ixtisaslarına uyğun işlə təmin olunacaq”.

Deputat əlavə edib ki, müəyyən maraqlı dairələrin qıcıqlandırıcı fikirlər söyləməsi ehtimalı var:

“O mənada ki, guya bu struktur islahatlar yeni işsizlərin yaranmasına səbəb ola bilər. Bu, tamamilə yanlış fikirdir. Heç kim işsiz qalmayacaq. Hər kəs işlə təmin ediləcək. Sadəcə olaraq, struktur islahatlarının aparılması zəruridir. Burada məqsəd vətəndaşımıza daha keyfiyyətli xidmət təqdim etməkdir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ