SON DƏQİQƏ
» » Müxalifətin 26 yanvar mitinqi ilə bağlı QƏRAR – RƏSMİ

Müxalifətin 26 yanvar mitinqi ilə bağlı QƏRAR – RƏSMİ

Tarix:

24-01-2019, 20:06

/ 10 508 dəfə oxundu.
Müxalifətin 26 yanvar mitinqi ilə bağlı QƏRAR – RƏSMİ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb. 
GunAz.az bildirir ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli “Report”a açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.”Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək, mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktunu müzakirə edərək, müvafiq qərar verəcək” – deyə, R.Əhmədli bildirib.Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ