SON DƏQİQƏ
» » Ürəyin böyük təzyiq altına düşməməsi üçün...

Ürəyin böyük təzyiq altına düşməməsi üçün...

Tarix:

21-01-2019, 13:47

/ 10 406 dəfə oxundu.
Ürəyin böyük təzyiq altına düşməməsi üçün...

İdmanın bütün növləri insana sərbəstlik, özünəinam, ən əsası isə atletik bədən bəxş edir. İnsan bədəni formalaşmağa başladığı bir gündən onun əzələləri müəyyən forma alır ki, bunu düzgün inkişaf etdirmək hər bir kəsin öz əlindədir. Atletik bədənə sahib olmaq idmana olan vurğunluqdan irəli gəlir. Məhz bu amil əsas götürülərək yüngül atletika bütün idman növlərinin yaradıcısı kimi qəbul edilir. 

"Yüngül atletika, hər şeydən əvvəl, ürək üçün fiziki gərginlikdir. Bu idman sahəsinin qaçış növündə insan orqanizmində silkələnmə baş verir ki, bu da təngnəfəslikdən, zökəmdən qorunmanın ən yaxşı vasitəsidir. Qaçış bütün əzələ qruplarını formaya salır, insan bədənində olan stresi aradan qaldırmağa köməklik edir. Bu növlə məşğul olarkən kor-koranə qaçışdan uzaq olmaq vacibdir. Ən azından qaçmazdan 5-8 dəqiqə öncə oynaqlar ­qızışdırılmalı, sadə gimnastik hərəkətlər edilməlidir. Ürəyin böyük təzyiq altına düşməməsi üçün qaçışdan sonra dartınma hərəkətləri edilməlidir".

GunAz.az-a bu sözləri Azərbaycan Respublikası "Müharibə Veteranlar"ı xəstəxanasının idman zalında nəzarətçi işləyən idman müəllimi Xəyalə Cəlilova bildirdi.

"Müharibə Veteranlar"ı xəstəxanasında bu baxımdan insanların sağlamlığı üçün yaxşı şərait yaraıdılıb. Həkimlərin icazəsi ilə idman zalının, idman müəllimləri Xəyalə Cəlilova və Səadət Məmmədovanın nəzarəti altında idman etmək veteran xəstələr üçün çox əlverişli və vacibdir. 

Ürəyin böyük təzyiq altına düşməməsi üçün...

 

Ürəyin böyük təzyiq altına düşməməsi üçün...

 

Ürəyin böyük təzyiq altına düşməməsi üçün...

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ