SON DƏQİQƏ
» » Bəzi xidmətlər alternativsiz olaraq “ASAN xidmət”də göstəriləcək

Bəzi xidmətlər alternativsiz olaraq “ASAN xidmət”də göstəriləcək

Tarix:

18-01-2019, 17:51

/ 10 327 dəfə oxundu.
Bəzi xidmətlər alternativsiz olaraq “ASAN xidmət”də göstəriləcək

Dövlət başçısının fərmanı ilə bağlı müvafiq proseslər regionlarda da reallaşdırılacaq.

GunAz.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “ASAN xidmət”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, Bakı şəhərində bəzi xidmətlər alternativsiz olaraq “ASAN xidmət”  mərkəzlərində göstəriləcək:

“Regionlarımızda isə vəziyyət bir qədər fərqlidir. Tutaq ki, Qubada “ASAN xidmət” mərkəzi olduğu üçün yalnız Quba sakinlərinə bu xidmətlər alternativsiz olacaq. Amma qonşu rayonun sakinlərinə yenə də digər dövlət qurumları xidmət göstərəcək”.

Elnur Niftəliyev qeyd edib ki, daha çox müraciət olunan dövlət xidmətləri ilə bağlı təhlillər aparılacaq:

“Ola bilsin ki, gələcəkdə pəncərələrin və əməkdaşların sayı artırılsın. Bu təhlillərin nəticəsi olaraq fərmanın icrasına qısa müddətdə başlanılacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ