SON DƏQİQƏ
» » Deputat: Stomatoloji xidmət beynəlxalq standartlara uyğun gəlmir

Deputat: Stomatoloji xidmət beynəlxalq standartlara uyğun gəlmir

Tarix:

18-01-2019, 17:39

/ 10 224 dəfə oxundu.
Deputat: Stomatoloji xidmət beynəlxalq standartlara uyğun gəlmir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu yaxınlarda açıqladığı hesabata görə, İİV virusu və hepatit C-nin yayılmasında stomatoloji xidmətlər birinci yerdə dayanır.

GunAz.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı adıçəkilən komitənin yanvarın 18-də  keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda, eləcə də, dünyanın bir çox ölkələrində stomatoloji xidmət üzrə fəaliyyət asanlaşdırılıb:

“Bu sərbəstlik olduğuna görə bu gün Azərbaycanda istənilən şəxs - həkim, yaxud həkim olmayıb bizneslə məşğul olan şəxs, - stomatoloji kabinet açır və sonra da mütəxəssisləri cəlb edərək lisenziya alır. Monitorinq aparsaq, özümüz şahidi olarıq ki, stomatoloji xidmət beynəlxalq standartlara uyğun gəlmir. Ona görə də bu mövzuda parlamentdə dinləmələrin keçirilməsi yaxşı olardı”.

Sözügedən komitənin sədr müavini Musa Quliyev də həmkarının fikirlərini və təklifini dəstəkləyib.

O təklif edib ki, M.İbrahimqızı tərəfindən “Stomatoloji xidmətlər haqqında” qanun layihəsi işlənilib, hazırlansın.

“Hesab edirəm ki, belə bir qanun layihəsi işlənilib-hazırlanıb, müzakirələrə təqdim edilsə, yaxşı olar”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ