SON DƏQİQƏ
» » ETSN: Temperaturun birdən-birə 10 dərəcəyədək enməsi fəsadlara səbəb ola bilər

ETSN: Temperaturun birdən-birə 10 dərəcəyədək enməsi fəsadlara səbəb ola bilər

Tarix:

17-01-2019, 23:34

/ 10 230 dəfə oxundu.
ETSN: Temperaturun birdən-birə 10 dərəcəyədək enməsi fəsadlara səbəb ola bilər

Hava şəraitinin kəskin dəyişməsi, temperaturun birdən-birə 10 dərəcəyədək enməsi fəsadlara səbəb ola bilər.

GunAz.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova keçirilən brifinqdə söyləyib:

“Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün dövlət qurumlarına iki gün əvvəldən xəbərdarlıq edilib ki, qabaqlayıcı tədbirlər görə bilsinlər. Bununla da biz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Qeyd edim ki, xüsusi hidrometeoroloji hadisə ilə bağlı əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir”.

O qeyd edib ki, xəbərdarlıqdan sonra bütün qurumlar baş verə biləcək hadisələrin qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib:

“Şükürlər olsun ki, hər hansı bədbəxt hadisə qeydə alınmayıb. Bu onu göstərdi ki, ölkəmizdə bütün qurumlar, nazirliklər yüksək səviyyədə hazırlıq tədbirləri görür, işlərini əlaqəli şəkildə düzgün qururlar. Təhlükəsizlik məqsədilə həyata keçirilən tədbirlər müntəzəm olaraq mətbuatda işıqlandırılır”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ