SON DƏQİQƏ

Bu dəhşətdir-VİDEO

Tarix:

17-01-2019, 11:13

/ 10 244 dəfə oxundu.
Bu dəhşətdir-VİDEO

 Günü gündən vətənimizin hər güşəsində abadlıq işlərinin aparılması o cümladın doğma Bakımızda aparılan abadlıq işləri göz oxşayır.

Bakımız çox qısa bir zaman kəsiyində xeyli abadlaşıb. Doğrudur hələ görülməli işlər qarşıda çoxdur, bu baxımdan dövlət tərəfindən aparılan işlər də göz qabağındadır. Lakin elə hallar olur ki, insan söz belə tapa bilmir.

 Bunu bu gün sosial şəbəkədə Cavid İsmayıl paylaşıb.  "Cəmiyyətimizdə elə insanlar var ki, min bir əzab, əziyyət hesabına, səngərdə yatan əsgərin hesabına, insanlarımızın çalışaraq dövlət büdcəsinə ödənilən vergilər hesabına ətrafımızda qurulan, abadlaşan nə varsa qənim kəsiliblər. Mən hər zaman belələrini, vətənə, xalqa xəyanət, Heydər Əliyev prinsiplərinə xəyanət, cənab prezident İlham Əliyevin bir başa siyasətinə xəyanət kimi qiymətləndirirəm. 

Təqribən bir neçə saat əvvəl, maşınla "Azadlıq" prospekti ilə, (Hənifə Ələskərov kəsişməsi ) hərəkət edərkən Koroğlu bağına çatmamış yolun solunda böyük bir nəqliyyat vasitəsinin (99BK330) durduğunu və böyük bir tırtırlı ekskovatorun yolun solunda söküntü işi gedən hissədən qranit "bardur"lar üstündən asfalt yolun üzərinə çıxaraq manevrə etdiyini sonra həmin böyük nəqliyyat vasitəsinin üzərinə çıxarıldığını gördüm və dəhşətə gəldim.  Telefonla çəkərək soruşdum ki, ay insan niyə belə edirsiz axı bu dövlətin, xalqın malıdır  cavabında "biz nə edək deyirlər bizdə edirik". Bu dəhşətdir, bu qədər xalqına, dövlətinə vətəninə xəyanət edən insanlar aramızda haradandır. Buradan müraciət edirəm bütün KİVlərə, aidiyyəti təşkilatlara. Həmin kəsişmədə bir neçə kamera var. Bu şəxslər müəyyən edilməli və cəzalandırılmalıdırlar. Xalqın, dövlətin malına zərər vuranlar barələrində mütləq cinayət işi qaldırılmalıdır. Belələri anlamalıdırlar ki, bu hərəkətləri ilə xalqa, dövlətə xəyanət edillər."

Rəsmiyyə

скачать dle 12.1

Şərhlər