SON DƏQİQƏ
» » Psixoloq: "Bu cür xəbərlər insanlarda travma yaradır"

Psixoloq: "Bu cür xəbərlər insanlarda travma yaradır"

Tarix:

16-01-2019, 23:24

/ 10 918 dəfə oxundu.
Psixoloq: "Bu cür xəbərlər insanlarda travma yaradır"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi proqnozunu verib.

Bununla bağlı bir çox insan artıq təşvişə düşüb.

Bəs bu cür xəbərlər psixoloji cəhətdən insanlara necə təsir edir və bu halda ən çox kimlər zərər çəkir?

Psixoloq Vəfa Əkbər GunAz.az - açıqlamasında deyib ki, baş verib-verməyəcəyindən asılı olmayaraq bu cür xəbərlər zəif sinirli insanalara çox təsir edir: "Panik atakı olanlar, nevroz olanlar və ya təşvişli pozuntudan əziyyət çəkənlər var ki, adi kiçik bir xəbərə belə təsirlənirlər və bu onların emosional vəziyyətlərinə pis təsir göstərir. Bu cür ajotajla, səs-küylə verilən, kütləvi zərər veriləcəyi gözlənilən xəbər insanlara mənfi təsir göstərir, hətta o dərəcədə ki, iz belə qoyur.

Deyilir ki, iki gün çölə çıxmayın, amma o insan hər çölə çıxanda qorxu və təşviş keçirəcək, sağlamlığından narahat olacaqdır. Düşünəcək ki, nəsə oldumu və ya bu gün də nəsə olacaqmı?

O insanlar iynə üstündə otururmuş kimi qıcıq olurlar. Elə insanlar da var ki, həssas və zəifdirlər bu onlarda travma qoyur. Gələcəkdə belə xəbər eşidəndə xəstəliklərini daha tez hiss edirlər. Amma belə xəbərlər təsdiqini tapmadıqda, artıq o insanlarda güvənsizlik yaranır".

Psixoloq deyib ki, xüsusi tip insanlar var ki, hər şeyə şübhəli yanaşırlar. "İnformasiya doğru olsa belə ona şübhə edir".

Xatırladaq ki, artıq digər rəsmi qurumlar da hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib, gücləndirilmiş iş rejiminə keçiblər.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ