SON DƏQİQƏ

Lider TV 5 min manat cərimələndi

Tarix:

14-01-2019, 18:28

/ 10 228 dəfə oxundu.
Lider TV 5 min manat cərimələndi

Ötən il ərzində teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına yol verilib. Telekanalların yayım zamanı «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun daha çox 35.2 və 35.7-ci maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilib (müvafiq arayışlar tərtib edilmişdir).

Milli Televiziya və Radio Şurasından GunAz.az-a verilən məlumata görə, müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları müşahidə edilib.

“Belə ki, xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə bəzi kanalların xəbər buraxılışlarında rast gəlinərək qanun pozuntusu kimi qeydə alınıb (Xəzər, ATV, ARB).

İl ərzində aparılmış monitorinqlərdə reklamın 1 saata düşən həcminin qanunvericilikdə nəzərdə tutulmuş maksimumdan (12 dəqiqə) artıq olması ilə bağlı da kütləvi hallar diqqəti cəlb edib. Bu isə həm «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin pozulması deməkdir.

Monitorinqlər zamanı «Reklam haqqında» Qanunun 13-cü maddəsinin tələblərinin pozulması hallarının da kütləviliyi müşahidə edilib. Bu barədə mütəmadi olaraq arayışlar tərtib edilərək Şura Sədrinə təqdim edilib.

Bundan başqa, “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 2.2-ci maddəsinin tələblərinin mütəmadi olaraq pozulması halları da aşkarlanmışdır (2.2-ci maddə: Yayımlanan televiziya proqramlarının kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır).

Şura tərəfindən aparılmış monitorinqlər zamanı Lider televiziyasının efirində 02.11.2018-ci il tarixdə saat 09:00-11:50 arası yayımlanan “Tezdən oyan” proqramında ümumilikdə 20 (iyirmi) dəqiqə sponsor reklamı verilməsi faktı aşkar edilmiş və bununla “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinin (Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır) tələbinin pozulduğu müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Lider TV və Radio Azərbaycan” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Lider TV və Radio Azərbaycan” MMC barəsində 5000 (beş min) manat cərimə cəzası tətbiq edilib.

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ