SON DƏQİQƏ

Canan Karatay: Duz olmadan, həyat olmaz

Tarix:

12-01-2019, 22:29

/ 10 263 dəfə oxundu.
Canan Karatay: Duz olmadan, həyat olmaz

Öz maraqlı məsləhətləri ilə seçilən 75 yaşlı türkiyəli professor Canan Karatay daha bir maraqlı açıqlamaya imza atıb. Karatay gün ərzində içdiyimiz çayla əlaqədar təəccübləndirici məlumatlar verib.

GunAz.az yeniasır-a istinadən xəbər vəbər verir ki, qurdlu alma yeyilməsini məsləhət görən professor Canan Karatay sağlam qidalanmaq üçün maraqlı məsləhətlər verib.

Qəhvəaltının dəyişilməzi olan zeytunu bol-bol yemək lazım olduğunu qeyd edən Karatay zeytunun ən sağlam meyvə olduğunu ifadə edib.

Şəkər asılılığına da toxunan Karatay, şəkərin bədənimiz üçün bir zəhər olduğunu söyləyərək, gün ərzində tez-tez içdiyimiz çaya şəkər əvəzinə kərə yağı əlavə edilərək içilməsini tövsiyyə edib.

Bədənimizdəki dəmiri azaltması səbəbindən Karatay yeməkdən sonra çay içilməməsi xəbərdarlığını edib.

Ağız dadının pozulması zamanı qaya duzu qarqarı edilməsini tövsiyyə edən Karatay qaya duzunun şəkər yemə istəyini də azaltdığını söyləyib. Kremli qəhvələr haqqında da fikir bildirən Karatay ən sağlam qəhvənin sadə türk qəhvsi olduğunu söyləyib.

Büdcəyə uğyun sağlam qidalanma üçün Karatay gündə 10 yumurta yeyilməsini məsləhət görüb. Karatayın fikrincə sağlam bir yaşam üçün atılacaq ilk addım isə bol duzlu su içilməsi və duzun qaya duzu olmasının vacibliyidir. Karatay “duz olmadan, həyat olmaz” deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ