SON DƏQİQƏ
» » "Nəsimi hətta Nitsşedən də böyükdür" – Deputat

"Nəsimi hətta Nitsşedən də böyükdür" – Deputat

Tarix:

11-01-2019, 21:17

/ 10 229 dəfə oxundu.
"Nəsimi hətta Nitsşedən də böyükdür" – Deputat

Prezident İlham Əliyevin Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə "Nəsimi İli" elan etməsi təqdirəlayiqdir.

Bu sözləri  Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Aqil Abbas deyib. O, prezidentin sözügedən sərəncamının sənətə göstərilən diqqətin bariz nümunəsi olıduğunu söyləyib:

"Ölkədə "Nəsimi İli" elan edilməsi ədəbiyyatçılarımız, ümumilikdə xalqımız üçün vacib bir addımdır. Bu, ilk belə hadisə deyil. Bundan əvvəl də prezident dəfələrlə müxtəlif illərin Nizami, Füzuli, Qara Qarayev, Üzeyir, Hacıbəyli kimi sənətkarlara, incəsənət xadimlərinə həsr olunması barədə sərəncam imzalamışdı. Bu, ölkəmizin, ədəbiyyatımızın, sənətimizin təbliğatıdır, həmin sahəyə, insana verilən dəyərin göstəricisidir.

Dünyanı ədəbiyyat xilas edəcək. "Nəsimi İli" də insanların xilası üçün bir fürsətdir. Çünki dahi şairimiz İmadəddin Nəsimi dünyanın ən böyük filosoflarından biridir. Yeri gəlsə, o, Nitsşedən, Şopenhauerdən də böyükdür. Hər hansı il sənətkara həsr olunanda onun haqqında silsilə tədbirlər keçirilir, kitablar nəşr olunur, gənc nəsil məlumatlandırılır. Belə addımlara hər zaman sevinmək lazımdır".

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda "Nəsimi İli" elan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ