SON DƏQİQƏ
» » Ermənilər Qazaxıstanda yeni etnik münaqişə ocağı yaratmaq niyyətindədirlər TƏHLİL

Ermənilər Qazaxıstanda yeni etnik münaqişə ocağı yaratmaq niyyətindədirlər TƏHLİL

Tarix:

10-01-2019, 17:56

/ 10 278 dəfə oxundu.
Ermənilər Qazaxıstanda yeni etnik münaqişə ocağı yaratmaq niyyətindədirlər TƏHLİL

Karaqanda şəhərində törədilmiş qətl və baş verən hadisələr 1988-ci il Sumqayıt hadisələrini xatırladır

Məlum olduğu kimi, yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərdən ibarət mütəşəkkil dəstənin qazax millətinə mənsub olan 23 yaşlı bir gənci -Raxımjan Janseyti etnik zəmində öldürməsi, daha 3 nəfərə isə xəsarət yetirməsi bir daha göstərir ki, ermənilər öz tarixi "ənənələrindən" əl çəkmək niyyətində deyillər. Yəni ermənilərin düşüncəsində başqa millətlərə münasibətdə olan nifrət bu gün də özünü bu və ya digər formada göstərməkdədir. Qazaxıstanda həmin hadisənin təşviş və həyəcanla qarşılanması, yerli sakinlərin ayağa qalxmaları, erməni icmasının nümayəndələrinin ölkədən çıxarılmasını tələb etmələri təbiidir.

Ekspertlərin fikrincə, Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı mövqeyi, daha doğrusu, bu quruma erməni baş katibin ikinci müddətə seçilməsini dəstəkləməməsi burada yaşayan erməniləri qıcıqlandırıb. Bu mənada, onların yeni münaqişə ocağı yaratmaqla bu ölkədən intiqam almaq fikrinə düşdükləri istisna olunmur. Yeri gəlmişkən, qeyd edək ki, erməni kriminal qrupun postsovet ölkələrində və Avropada törətdiyi cinayətlər haqqında mətbuatda, mütəmadi olaraq, məlumat verilir. Qazaxıstanda da erməni kriminal qruplaşmaların olduğu sirr deyil.

Ekspertlər isə geniş bir coğrafiyanı əhatə edən bu kimi cinayətlərin arxasında Qriqoryan kilsəsindən və ideoloji mərkəzlərdən körüklənən saxta "böyük Ermənistan" xülyasının, yəni insanları doğma yerlərindən didərgin salaraq, onların torpaqlarına sahib çıxmaq niyyətlərinin dayandığını vurğulayırlar.

Əlbəttə ki, hər dəfə olduğu kimi, ermənilər bu dəfə də sudan quru çıxmağa çalışırlar. Erməni mətbuatında bu qətlin məişət zəminində törədildiyini, qazaxların bu məsələni böyütməkdə ittiham edilməsini, hətta qazaxların milli dəyərlərini tənqid edərək, cinayətə haqq qazandırma təşəbbüslərini görə bilərik. Üstəlik, ermənilər qazaxları millətçilikdə ittiham edirlər. Belə ki, ermənilərə məxsus bir çox internet səhifələri Sovet dövründə Qazaxıstanın birinci katibi olmuş Levon Mirzoyanın adını daşıyan küçənin adının dəyişdirilməsi məsələsinə toxunur. Bu, həmin Mirzoyandır ki, on minlərlə qazaxın sürgün edilməsinə, güllələnməsinə imza atıb. Amma ermənilər Mirzoyanın qazaxlara mədəniyyət, elm bəxş etdiyini, "vəhşi köçərilərin" isə, buna dəyər vermədiklərini qeyd edirlər. Erməni politoloqlar çox vaxt hədlərini aşaraq, türk xalqlarını "ikinci növ insanlar" da adlandırırlar. Halbuki Karaqanda hadisələrinə diqqətlə nəzər yetirsək görərik ki, burada açıq şəkildə özlərini dünyaya "məzlum" qismində təqdim edən bu vəhşilərin barmağı var. Ermənistan mətbuatı isə bu kimi şərhlərlə etirazlara səbəb olan hadisəni gizlətəməyə çalışır, heç nə olmamış görüntüsü yaratmağa çalışırlar. Başqa sözlə desək, ermənilər Sumqayıt hadisələrində olduğu kimi, Karaqanda hadisəsini də manipulyasiya edərək ictimai rəydə yanlış fikir formalaşdırmağa çalışırlar. Hətta erməni mətbuatında hadisəni əslində azərbaycanlıların törətdikləri barədə yazılara da rast gəlinir.

Hətta bütün bunlar azmış kimi ermənilər Qazaxıstanda ikinci Eduard Qriqoryan yaratmaq istəyirlər, halbuki o, Sumqayıtda kütləvi iğtişaşı ilk başladan, 6 ermənini öldürən, amma çox az cəza ilə canını qurtaran cəlladdır. Erməni mətbuatı Karaqandada baş verən hadisələrlə Sumqayıt hadisələri arasında çox uğursuz şəkildə paralellik aparmağa çalışır. Sumqayıt hadisəsində ilk qətl edilənlər azərbaycanlılar olublar. Karaqanda hadisəsində də qətlə yetirilən qazax gəncidir. Öldürən erməni, ölən azərbaycanlı və qazax olsa da, ermənilər bunu milli qırğının başlanğıcı kimi qələmə verirlər. Həmin hadisə ilə bağlı cinayət işi başlanıb: Kair Nadirbekov, Torqom Malsaxyan və Soxak Malsaxyan həbs edilib, Narek Quruyan isə axtarışa verilib. Son məlumata görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin məsul əməkdaşı onun Rusiyaya, yaxud Ermənistana sığındığını bildirib.

Məsələni daha dərindən analiz edəndə, erməni kriminal qruplaşmanın sakit durmayacağı qənaətinə gəlmək mümkündür. Baş verən olayda rəsmi İrəvanın dəst-xətti də aydın göründüyündən, demək olar ki, ermənilər Qazaxıstanda yeni etnik münaqişə ocağı yaratmaq niyyətindədirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ