SON DƏQİQƏ
» » “Qarabağın işğal olunmuş 7 rayonu tezliklə qaytarılacaq”

“Qarabağın işğal olunmuş 7 rayonu tezliklə qaytarılacaq”

Tarix:

7-01-2019, 19:27

/ 10 339 dəfə oxundu.
“Qarabağın işğal olunmuş 7 rayonu tezliklə qaytarılacaq”

"Rusiya mətbuatının yazdıqları və bu dövlətin politoloqlarının dedikləri sıradan bir məsələ deyil". Bunu  millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, onlar artıq reallığı, Azərbaycanın gücünü, aprel döyüşlərindən sonrakı qüdrətimizi görüblər: "Üstəlik, bu gücün artan dinamika üzrə getdiyini, gedəcəyini də bildiklərindən belə fikirlər söyləyirlər ki, Qarabağın işğal olunmuş 7 rayonu tezliklə qaytarılacaq. Ən az 7 rayonu! Yəni, bu fikirdə məntiq var. Boşu-boşuna söylənmir. Çünki fərq ortadadır: Azərbaycan get-gedə qüdrətlənir, Ermənistan isə çökür. Necə olmalıdır ki? Təbii, torpaqlar qayıdacaq. Bu nisbət, bizim uğurlu inkişafımız, Azərbaycanın ləyaqətli Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət enində-sonunda bizləri əzəli torpaqlarımıza qovuşduracaq. Bu nə Sarkisyanın Paşinyandan fərqi ilə bağlıdır, nə də Ermənistanın mövqeyi ilə. Bir daha təkrar edirəm: Bu nəticəni Azərbaycan dövlətinin gücü hasil edəcək. Ermənistan rəhbərliyində kim olursa olsun, bizim gücümüzlə hesablaşmalı və torpaqlarımız geri qayıtmalıdır. Paşinyanın variantı, alternativi yoxdur. Ermənistan öz işğalçı siyasətinə görə bütün qlobal layihələrdən kənarda qalıb, Beynəlxalq təzyiqlə üzbəüzdür, əleyhinə hər gün bir qətnamə çıxır, dalana dirənib, qınanır, hamı onlardan üz döndərib. Bu vəziyyətdə hara qədər gedə, davam edə bilərlər? Bu siyasətin axırı varmı? Yox, təbii. Hardasa çatlamalıdır və artıq hətta çatlayıb. Qarabağ qayıdacaq. Rus politoloqları desə də deməsə də, rus mətbuatı bu haqda yazsa da yazmasa da Qarabağ qayıdacaq, mütləq qayıdacaq".

скачать dle 12.1

Şərhlər