SON DƏQİQƏ
» » Ev arzulayanlara şad xəbər: büdcə artdı - Video

Ev arzulayanlara şad xəbər: büdcə artdı - Video

Tarix:

7-01-2019, 08:33

/ 10 434 dəfə oxundu.
Ev arzulayanlara şad xəbər: büdcə artdı - Video

Bu il daha çox vətəndaşın ipoteka kreditindən yararlanmaq imkanı olacaq. Çünki dövlət büdcəsindən ipoteka kreditlərinə ayrılan vəsaitin həcmi artırılıb.

GunAz.az xəbər verir ki, iqtisadçı ekspert Ruslan Atakişiyev “Xəzər Xəbər”ə açıqlamasında dövlət büdcəsindən ipotekaya ayrılan vəsaitin həcminin ötən illə müqayisədə artdığını bildirib.

“İpoteka haqqında” qanuna edilən dəyişiklikləri şərh edən Ruslan Atakişiyev qeyd edib ki, yeniliklərdən biri ipoteka predmeti olan girovun satışa çıxarılması tələbi ilə bağlıdır.

Ekspertin sözlərinə görə, yeni qaydalarla girov sahibinə əlavə imkanlar yaradılacaq.

Problemlərlə bağlı müştərinin xəbərdar edilməsi qaydalarında da yenilik edilib. İndiyədək mövcud olan qaydalara görə, müştəri o vaxt xəbərdar edilmiş sayılırdı ki, bildiriş ona şəxsən çatdırılsın. İndi isə bank bu barədə məlumatı müştəriyə sifarişli poçtla və elektron poçtla yollayacaq. Poçt vasitəsilə göndərilmis rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş bildiriş isə 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ