SON DƏQİQƏ
» » Rusiyada Azərbaycan vətəndaşları olan mikroavtobus aşıb - YENİLƏNİB

Rusiyada Azərbaycan vətəndaşları olan mikroavtobus aşıb - YENİLƏNİB

Tarix:

6-01-2019, 16:44

/ 10 250 dəfə oxundu.
Rusiyada Azərbaycan vətəndaşları olan mikroavtobus aşıb - YENİLƏNİB

Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.

GunAz.az - ın TASS-a istinadən verdiyi məlumata əsasən, onların arasında 2 yaşlı uşaq da var.

Qeyd olunur ki, daha 10 nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlara lazımi yardım göstərilir. Yaralananlar Bakı sakinləridir.

Stavropol diyarının yol polisinin verdiyi məlumata görə, mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

15:25

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, yaralanan var.

GunAz.az xəbər verir ki, bu haqda RİA Novosti məlumat yayıb.

Mikroavtobusda 13 sərnişin olub, onlardan 6-sı xəsarət alıb.

Qeyd olunur ki, Azərbaycandan Moskvaya yollanan “Mercedes” markalı mikroavtobus Levokumsk kəndi yaxınlığında aşıb. Xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ