SON DƏQİQƏ
» » Uğurlu Horadiz əməliyyatından 25 il ötür – Video

Uğurlu Horadiz əməliyyatından 25 il ötür – Video

Tarix:

5-01-2019, 15:57

/ 10 682 dəfə oxundu.
Uğurlu Horadiz əməliyyatından 25 il ötür – Video

Azərbaycan Ordusunun 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu Horadiz əməliyyatından 25 il ötür.

GunAz.az xəbər verir ki, 1993-ci ilin dekabrından başlayaraq 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi, Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.

Azərbaycan Ordusu bu uğura mərhum Ali Baş Komandan Heydər Əliyevin qətiyyəti, görkəmli dövlət xadiminin döyüş bölgəsinə səfərindən sonra hərbi qulluqçularda yaranmış böyük ruh yüksəkliyi nəticəsində nail olub. Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində, bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat ələ keçirib.

Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib. 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını Horadiz şəhərinə sancıb. Həmin döyüşlərdə tankçı olan Şakir Bayramov döyüşə-döyüşə şəhərə ilk daxil olanlardandır və ermənilərin bayrağını sökərək ayaqlar altına atıb. Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.

Horadiz əməliyyatında qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Horadiz qəsəbəsini işğalçılardan azad edən 702 saylı briqadanın komandiri, polkovnik Şair Ramaldanov hazırda ehtiyatdadır. O, “Azərbaycan Bayrağı” ordeni ilə iki dəfə təltif olunan yeganə hərbi qulluqçudur.

Qeyd edək ki, bu gün “Horadiz əməliyyatı”nın 25 illik yubileyi qeyd olunacaq. İştirakçılar əvvəlcə Fəxri Xiyabanda Ali Baş Komandan olmuş mərhum prezident Heydər Əliyevin məzarını, daha sonra isə müqəddəs ziyarətgah sayılan birinci və ikinci Şəhidlər Xiyabanda şəhidlərin ruhunu yad edəcəklər.(Teleqraf.com)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ