SON DƏQİQƏ

Həmrəy olaq-Var olaq

Tarix:

31-12-2018, 07:53

/ 10 396 dəfə oxundu.
Həmrəy olaq-Var olaq

Baş Redaktordan

Əziz  Soydaşlar!
 Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 28 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Dünya Azərbaycanlılarının Qurultayının çağırılması ilə bağlı ilk təşəbbüs 1992-ci ildə olmuşdur. "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli Sərəncamına əsasən Bakıda dünya azərbaycanlılarının qurultayının çağırılması qərara alınmışdır. Həmin Sərəncamla Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin sədrliyi ilə Təşkilat Komitəsi yaradılmış, lakin bu alınmamışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006-2011 və 2016-ci  illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının 2-3 və 4-cü qurultayları keçirilmişdir. 

2018-ci il Azərbaycanın müstəqilliyinin 100 illiyi dövlətimiz tərəfindən yüksək səviyyədə qeyd edilməsi, həqiqətən xalqımızın yaddaşını yenilədi.
GunAz.az saytının kollektivi və oxucuları adından sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayırıq.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ