SON DƏQİQƏ
» » Əlillər sürücülük vəsiqəsini yeni qaydada alacaq – Tapşırıq verilib

Əlillər sürücülük vəsiqəsini yeni qaydada alacaq – Tapşırıq verilib

Tarix:

29-12-2018, 23:17

/ 10 742 dəfə oxundu.
Əlillər sürücülük vəsiqəsini yeni qaydada alacaq – Tapşırıq verilib

Əlilliyi olan şəxslərin sürücülük vəsiqəsi alması qaydaları hazırlanacaq.

GunAz.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Daxili İşlər Nazirliyi (DİN) bu sahədə əsas icraçı qurum olacaq. DİN 2019-2023-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Nəqliyyat Agentliyi ilə birlikdə əlilliyi olan şəxslərin sürücülük vəsiqəsi alması qaydalarının hazırlanması və bununla bağlı təlim-tədris prosesinin təkmilləşdirilməsini təmin etməlidir.  (BakuPost)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ