SON DƏQİQƏ
» » Sabahın HAVASI: İntensiv yağış, qar, külək...

Sabahın HAVASI: İntensiv yağış, qar, külək...

Tarix:

19-12-2018, 13:17

/ 10 345 dəfə oxundu.
Sabahın HAVASI: İntensiv yağış, qar, külək...

Azərbaycan ərazisində sabaha gözlənilən hava şəraitinin məlumatı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin GunAz.az -a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında dekabrın 20-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında

Dekabrın 20-də qərb rayonlarında gündüz hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında , axşam isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ