SON DƏQİQƏ

Belələrini dayandıraq!

Tarix:

19-12-2018, 11:17

/ 10 530 dəfə oxundu.
Belələrini dayandıraq!

Varis

Mən Azərbaycandan kənardayam. Və burada Mübariz İbrahımovun qəhrəmanlığını sapı özümüzdən olan baltaların doğramaq istəyinin acı nəticələri daha aydın hiss edilir.

Düşmən bunu bayraq kimi başı üzərinə qaldırmağa başlayıb.
Bilirsiniz, biz millət olaraq Nizamiyə, Füzuliyə, Sah İsmayıla, Məmməd Əmin Rəsilzadəyə, Səməd Vurğuna, Lütvizadəyə və digər nəhənglərimizə öz içimizdən çamur atanlara "dayan" demədik, Mübarizə çamur atma da bax bu kampaniyanın tərkib hissəsidir.
Xalq öz böyük şəxsiyyətlərini kimlərinsə gündəməgəlmə prosesinə qurban verib susursa, bu fəlakətdir.
Gəlin məsələni bir qadının Mübarizi aşağılaması kimi yox, ümumən, bir çox nadanlarımız tərəfindən nəhənglərimizin aşağılanması kimi qoyaq və belələrinin hamısını dayandıraq!

скачать dle 12.1

Şərhlər