SON DƏQİQƏ
» » “Xətai” stansiyasında hansı yeniliklər olacaq?

“Xətai” stansiyasında hansı yeniliklər olacaq?

Tarix:

18-12-2018, 14:28

/ 10 257 dəfə oxundu.
“Xətai” stansiyasında hansı yeniliklər olacaq?

Bakı metropoliteninin “Xətai” stansiyasında görülən işlərin əsas istiqaməti eskalatorların yenilənməsidir.

GunAz.az xəbər verir ki, bu sözləri Oxu.az -a “Bakı Metropoliteni” QSC-nin mətbaut xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

Onun sözlərinə görə, bu stansiyada bir giriş-çıxışlı olduğu üçün təmir işləri ərzində stansiyanın bağlanması zəruri idi:

“Bu fürsətdən istifadə edib paralel olaraq stansiyanın infrastrukturlarında da yeniliklər ediləcək. Hazırda stansiyada istifadə müddətini tamamlamış eskalatorların sökülməsi prosesi tamamilə bitib. Növbəti mərhələ olaraq yeni eskalatorların yerləşdirilməsi üçün planlaşdırma gedir. Çünki sökülmüş üç köhnə eskalator sovet istehsalı olduğundan Almaniya istehsal olan yeni eskalatorların quraşdırılması üçün müəyyən dəyişikliklər edilməlidir. Artıq stansiyada üç yox dörd eskalator fəaliyyət göstərəcək. Bu da sərnişinlərin daha rahat giriş-çıxışının təmin edilməsində mühüm rol oynayacaq”.

Qurum rəsmisi qarşıdakı illərdə yeni qatarların alınmasının da nəzərdə tutulduğunu deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ