SON DƏQİQƏ

Sabahın HAVASI: İntensiv yağış, külək ŞAXTA

Tarix:

18-12-2018, 13:20

/ 10 322 dəfə oxundu.
Sabahın HAVASI: İntensiv yağış, külək ŞAXTA

Ölkə ərazisində sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin GunAz.az -a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında

Dekabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti təşkil edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ