SON DƏQİQƏ

Atatürk parkı ilə bağlı - YENİLİK

Tarix:

11-12-2018, 17:27

/ 10 262 dəfə oxundu.
Atatürk parkı ilə bağlı - YENİLİK

Atatürk parkının bugünkü şəraiti Bakı Şəhər İcra Hakimiyyətinin qane etmir.

Bunu GunAz.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun müvafiq əmri ilə “Gənclik” metrostansiyası yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb:

“Hazırda parkda təmizləmə işləri aparılır. İstifadəsinə müvəqqəti icazə verilən obyektlər sökülür. Məsələyə qanunvericiliyə uyğun olaraq baxılır. Daimi istifadə üçün sənədləri olan obyektlər isə qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərirlər”.

İsrafil Kərimov qeyd edib ki, parkda olan şəraitlə bağlı sakinlərin də narazılığı var idi:

“Orada yenidənqurma üçün lazımı işlər görüləcək. Yeni layihə hazırlanıb, təsdiq olunana qədər parkda təmizləmə işləri görülür”.

Qeyd edək ki, parkda əsas istirahət yerləri, kafelər, uşaqlar üçün oyun yerlərinin bərpa ediləcəyi planlaşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ