Yeni İl şou-proqramlarının qiymətləri - SİYAHI

Yeni İli ailəvi, yaxud dostlarla keçirmək istəyərkən üz tutulan məkanlar, əsasən, şou-proqramlı restoranlar olur. 

GunAz.az bəzi restoranların Yeni İli qeyd etmək üçün təklif etdikləri şərait və qiymətləri təqdim edir:

Hər axşam şou-proqramlı olan “Oazis” restoranında Yeni il 23 dekabrdan başlayacaq. Qiymət bir adam üçün 29-30 dekabrda 40 manat, bayram günləri 100-150 manat təşkil edəcək. Ədalət Şükürov, Rəşad İlyasov, Əhməd Mustafayev, Faiq Ağayev, Rəhim Rəhimli, Qurd, Ramil Nabran kimi ifaçılar əyləncəli gecəyə rəng qatacaqlar.

Ay İşığı” restoranı Yeni İli qeyd etməyə 25 dekabrdan başlayacaq. 100-300 manat aralığında dəyişən qiymətlərdə menyu eynidir, ancaq səhnəyə yaxın, loja və s. əyləşdiyiniz yerə görə qiymətlər fərqlənir. 21:00-dan səhər 05:00-a kimi olan şou proqramda bir çox məşhurlar çıxış edəcək. Şou-proqram üçün biletlər satışdadır. Beş yaşa qədər uşaqlara biletlər pulsuz, 6-12 yaş arası yarı qiymətədir.

Neolit” restoranında bayram 20 dekabrdan bir adam üçün 40 manat olaraq başlayır. 31 dekabr – bayram günü 150 manat təşkil edən şou-proqramda Nura Suri, Kərim Abbasov, Niyam Salami, Elnarə Xəlilova, Səidə Sultan ifa edəcək.

SeaBay” restoranında 31 dekabrda qeyd olunan Yeni İl iki zalda keçirilir. Qiymət zallara görə 70-120 manat arası dəyişir. Ayaz Qasımov, Emil Rəhmanov kimi müğənnilərin iştirakı ilə şou-proqram, konkurslar təşkil olunacaq.

20 dekabrdan Lido” restoranında da Yeni İl şou-proqramları start götürür. Bir adam üçün 40 manat olan biletlər 31 dekabrda 120 manatdan başlayaraq dəyərə minir. Şou-proqram hər gün olsa da, Yeni İldə Nadir Qafarzadə, Niyam, Səidə Sultan, Rüfət Axundov, Ramil Nabran, Əhməd Mustafayev, Rəşad İlyasovun ifaları baş tutacaq.

28 dekabr və 31 dekabr günü “Mala Praqa” restoranında Yeni İl qeyd olunacaq. Dekabrın 31-i Rüfət Axundov, Mətanət İsgəndərli, Ədalət Şükürov oxuyacaq. Qiymətlər bir adam üçün 130 manatdır. 

Nar & Şərab” restoranı Yeni İli 31 dekabrda keçirməyə hazırlaşır. Zallara görə 120-150 manat arası dəyişən qiymətlər musiqiçilərin sayca çox olması ilə fərqlənir. Menyuda elə də fərq yoxdur. Əkbər Əliyev, Ədalət Şükürov, Gülzar, İlqar Xəyal kimi müğənnilərin çıxışları, rəqs şouları, DJ və salutdan ibarət şou təşkil olunacaq.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]