SON DƏQİQƏ

Vətən Sizə oğul dedi...

Tarix:

4-12-2018, 20:58

/ 11 428 dəfə oxundu.
Vətən Sizə oğul dedi...

 

Şeiriyyətimiz var olduqca Hüseyn Cavidimiz, Mikayıl Müşfiqimiz, Əhməd Cavadımız yaşayacaq.

 

Azərbaycan prezidenti İlham Əliyevin 17 may 2018-ci il tarixli sərəncamına uyğun olaraq paytaxt Bakı olmaqla respublikamızın bütün bölgələrində Azərbaycan xalqının nakam və sevimli şairi Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd olunur. Növbəti silsilə yubiley Naxçıvan Muxtar Respublikasında keçirildi.

Qonaqpərvər Naxçıvan əhalisi paytaxtdan gedən tədbir nümayəndələrini sevinc və gülərüzlə qarşıladılar. Birbaşa hava limanından ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər qızıl güllər qoyaraq sevgi və ehtiramımızı bildirdik. Sonra isə Heydər Əliyev muzeyində Ümummilli liderimizin həyat və yaradıcılığı ilə bizi geniş şəkildə məlumatlandırdılar. Hər birimiz muzeydə xatirə olaraq şəkil çəkdirdik. Muzeylə tanışlığımzın sonunda Heydər Əliyev muzeyinə aid olan kitabçaları bizə hədiyyə olaraq təqdim etdilər.

Naxçıvan MR-nın Mədəniyyət Nazirliyi və “Cabir Novruz” Mədəniyyət fondunun birgə təşkil etdiyi Mikayıl Müşfiq 110 il yubiley tədbiri böyük mütəfəkkir, şair – dramaturq Hüseyn Cavidin məqbərəsi önündə baş tutdu. Tədbiri giriş sözü ilə Naxçıvan MR-nın mədəniyyət nazirinin müavini Rəşad Xudiyev açaraq qonaqları və tədbir iştirakçılarını salamladı. Sonra Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, aparıcı Qafar Əsgərzadə ədiblər haqqında ətraflı çıxış etdi.

Daha sonra Naxçıvan MR-nın alimlərinə söz verildi. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Hüseyn Həşimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, Naxçıvan Yazıçılar Birliyinin sədri, Naxçıvan MR-nın Əməkdar mədəniyyət işçisi Asim Yadigar, Xalq artisti Kamran Quliyev, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad haqqında geniş və məzmunlu çıxış etdilər.

Səmimi çıxışlar bitmək bilmirdi. “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov, Azərbaycan Milli Məclisinin məsul işçisi Mələk Bayramova, Siyəzən rayon 1 saylı orta məktəbin direktoru, Əməkdar müəllim Nəcməddin Mürvətov, Mədəniyyət Nazirliyinin nəzdində yerləşən mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzin şöbə müdiri Sənan Talıbov, Müşfiq nəslinin nümayəndəsi Vahab İsmayılzadə aydın səma altında toplaşan Cavidsevərlərə, Əhməd Cavadsevərlərə, Müşfiqsevərlərə araşdırıb, bildiklərini geniş və əhatəli çıxışları ilə çatdırdılar.

Sanki həmin gün sevinc günəşi şölə saçırdı Naxçıvan torpağına. Tədbir çox maraqla qarşılandı. Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Nurəddin Mehdixanlı məharətli səsi ilə AYB-nin üzvü, Prezident təqaüdçüsü, bəstəkar-şair Cəlal Qurbanovun, Mikayıl Müşfiqin “Yenə o bağ” olaydı şeirinə nəzirə olaraq yazdığı “Yenə Müşfiq olaydı” şeirini səsləndirdi.

Əməkdar artist, mahir kanon ifaçısı – aparıcı Rəşad İlyasov M.Müşfiqin sözlərinə Ələkbər Tağıyevin bəstələdiyi “Sənə qurban” mahnısı ilə tədbirə toplaşan şəhər əhalisində, xüsusilə də yeniyetmələrdə ruh yüksəkliyi yaradaraq alqışlara səbəb oldu.

Ədəbi məclisin sonuna yaxınlaşırdıq. Əhməd Cavad rolunda Nurəddin Mehdixanlı şaqraq səsi ilə üzünü məqbərəyə tutaraq – Cavid əfəndi bu gün sənin görüşünə sevdiyin Müşfiq gəlib, Müşfiqsevərlər, Cavidsevərlər gəlib. Bu zaman məqbərənin qapısı açılaraq Cavid Əfəndinin obrazını canlandıran Xalq artisti Həsən Ağasoy Müşfiqi qarşılayıb xoş gəldin mənim etibarlı, sədaqətli Müşfiqim deyərək böyük sevgi ilə Müşfiqi bağrına basdı.

Mikayıl Müşfiq obrazını bənzərliyi ilə, məharətlə oynayan Bakı Bələdiyyə Teatrının aktyoru, Fəxri Mədəniyyət işçisi, “Humay” mükafatı laueratı Toğrul Müşfiq tamaşaçılara duyğusal anlar yaşatdı. Məqbərənin önündə obrazları ilə çıxış edən aktyorlar sanki Cavid Əfəndini, Mikayıl Müşfiqi, Əhməd Cavadı yenidən yaşatdılar. Heyranlıqla qarşılandı bu mənzərə.

İştirakçılar tədbirin sonunda aktyorlara Cavid Əfəndi, Mikayıl Müşfiq adı ilə yaxınlaşaraq xatirə şəkilləri çəkdirdilər. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad adı ilə qədim Naxçıvan torpağında tarixi yenidən yaşadıq. Kainat var olduqca ədəbiyyatımız, şeiriyyətimiz var olacaq.

Şeiriyyətimiz var olduqca Hüseyn Cavidimiz, Mikayıl Müşfiqimiz, Əhməd Cavadımız yaşayacaq.

Tədbir yekunlaşdıqdan sonra qonaqlara ziyafət verildi. Bu da qədim Naxçıvan torpağının qədirbilən əhalisinin böyüklüyündən, qonaqpərvərliyindən irəli gəlir. Ziyafət zamanı da ədəbiyyatımızdan, şeiriyyətimizdən söhbət etdik.

Bakıya qayıtmaq üçün hələ vaxtımız var idi. Bu vaxtdan istifadə edib, “Əshabi-Kəhf” ziyarətgahına baş çəkməyi özümüzə borc bildik. Ulu Nuh yurdu, “Əshabi-Kəhf” diyarı, dahilər yetişdirən səfalı Naxçıvan torpağından xoş təəssüratlarla qayıtdıq.

 

Vətən Sizə oğul dedi...Rəsmiyyə HEYBƏTAĞAQIZI

Vətən Sizə oğul dedi...

 

Vətən Sizə oğul dedi...

 

Vətən Sizə oğul dedi...

 

Vətən Sizə oğul dedi...

 

Vətən Sizə oğul dedi...

 

Vətən Sizə oğul dedi...

 

Vətən Sizə oğul dedi...

 

Vətən Sizə oğul dedi...

 

Vətən Sizə oğul dedi...

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ