SON DƏQİQƏ

Azərbaycana qış nə vaxt gələcək?

Tarix:

4-12-2018, 11:48

/ 10 266 dəfə oxundu.
Azərbaycana qış nə vaxt gələcək?

Bu il Azərbaycanda qış fəsli ötən illə müqayisədə altı saat gec başlayacaq.

Bu barədə GunAz.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, bu il qış fəsli ölkəyə dekabrın 22-si saat 02:22-də daxil olacaq:

“Qış fəslinin başladığı gecənin uzunluğu ilə gündüzün qısalığı 5-6 gün bərabər olaraq qalır. Həmin gecə Günəş üfüqdən ən minimum nöqtədə olacaq. Günəş şüalarının istiqaməti ilə Yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Buna “Qış günəş duruşu” deyilir.

Qış fəslində Yer Günəşə ən yaxın məsafələrdə olsa da, şüaların Yer səthinə düşmə bucağından asılı olaraq Yeri isidə bilmir. Ona görə də fəsillərin fərqi müşahidə edilir. Hər il fəsillərin daxil olduğu tarixlər arasında altı saata yaxın sürüşmələr olur”.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ