SON DƏQİQƏ

3 dekabr əlillər günüdür

Tarix:

3-12-2018, 19:04

/ 10 359 dəfə oxundu.
3 dekabr əlillər günüdür

 

Dövlətimiz əlil insanlara hər zaman diqqət və qayğı göstərir. Ayrı-ayrı iş adamları, ictimai birliyin rəhbərləri tez-tez xeyriyyə tədbirləri edirlər.

Əlillər günündə keçirilən tədbir "RİCH PALACE" (Zəngin saray) şadlıq sarayında keçirildi. Ayrı-ayrı müğənnilərin, qan xərçəngindən əziyyət çəkən uşaqların və ailə üzvlərinin, mediya nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirin təşkilatçısı Azərbaycanın xalq artisti, sevimli muğam ifaçısı, Gülyaz Məmmədovanın tələbəsi istedadlı müğənni Rəvan Zeynalov idi. Tədbirin aparıcısı, jurnalist Nuranə xanım Adırova qonaqları salamladı sonra sözü təşkilatçı Rəvan Zeynalova verdi. Rəvan Zeynalov "RİCH PALACE" şadlıq sarayının icraçı direktoru Elnur Vəliyevə təşəkkürünü bildirdi və məlahətli səsi ilə qonaqları feyziyav etdi. Onu da qeyd edək ki, Rəvan anası Vəfa Zeynalovanın şeirlərinə mahnı bəstələyərək 18-ci xeyriyyə tədbirini keçirir. Tədbirdə istedadlı müğənnilərdən Elxan Qaraxanoğlu, Nərgiz Hüseynli, meyxanaçı Emil Ümid, Vüqar Ulusoy, Günay Bəylər qızı və başqaları rəngarəng musiqi proqramları ilə çıxış etdilər. Uşaqlardan ibarət rəqs qrupu, klonun baməzə çıxışı qonaqlarda xoş ovqat yaratdı. Qan xərçəngindən əziyyət çəkən 7 yaşlı Fətəli Cəlilzadənin nənəsi Xatirə xanım onu da bildirdi ki, nəvəm bir ildir ki, B. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnistitutunda müalicə olunur. Müalicə həkimi Şəfəq

Hüseynovanın və şöbə müdiri Gülnarə Hacıyevanın diqqət və qayğısı nəticəsində nəvəm sağalıb. Mən GunAz.az saytı vasitəsilə inistitun bütün həkim və tibb kollektivinə təşəkkürümü bildirirəm.

Qan xəstəliyindən əziyyət çəkən 14 yaşlı Aişə Rəşidovanın anası Nazilə Rəşidova bildirdi ki, bir ildir ki, övladım bu institutda müalicə olunur. Təcrübəli həkimimiz Gülnarə Hacıyeva gecə-gündüz bizim xəstə uşaqların sağlamlığı keşiyində dayanır.

Yüksək səviyyədə keçən xeyriyyə tədbiri hər kəsdə xoş ovqat yaratdı və təşkilatçı Rəvan Zeynalov tədbir iştrirakçılarına təşəkkürünü bildirdi.

 

Rauf İlyasoğlu

 

 

3 dekabr əlillər günüdür

 

3 dekabr əlillər günüdür

 

3 dekabr əlillər günüdür

 

3 dekabr əlillər günüdür

 

3 dekabr əlillər günüdür

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ