SON DƏQİQƏ

Hava ilə bağlı XƏBƏRDARLIQ

Tarix:

3-12-2018, 13:34

/ 10 218 dəfə oxundu.
Hava ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

GunAz.az xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında

Dekabrın 04-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 04-05-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq da edib. Qeyd olunur ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə dekabrın axşamdan 06-sı gündüzədək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ