SON DƏQİQƏ
» » Payız-qış mövsümünə hazırlıq tədbirləri görülüb - Foto

Payız-qış mövsümünə hazırlıq tədbirləri görülüb - Foto

Tarix:

3-12-2018, 11:14

/ 10 321 dəfə oxundu.
Payız-qış mövsümünə hazırlıq tədbirləri görülüb - Foto

Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib.

GunAz.az-a xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunub.

AAYDA-nın balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması məqsədilə Agentlik tərəfindən 2018-ci il 14 sentyabr tarixli 74 nömrəli əmr imzalanıb.

Həmin əmrlə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə AAYDA-nın mərkəzi aparatında və respubikanın avtomobil yollarına, həmçinin Bakı şəhər yollarına, yol qurğularına xidmət edən idarə və müəssisələrdə qərargah yaradılıb, sutkalıq növbətçilik təşkil edilib.

2018-2019-cu ilin qış mövsümündə Bakı şəhərində 257 ədəd maşın-mexanizmlərin (21ədəd avtoqreyder, 34 ədəd avtoyükləyici, 131 ədəd yükünü özüboşaldan, 16 ədəd qum səpən, 6 ədəd qar yükləyən, 19 ədəd ekskavator, 22 ədəd yol süpürən 14 ədəd su maşını) qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib, yanacaq-sürtgü materialları ehtiyatı yaradılıb, sürüşməyə qarşı zəncirlər alınıb.

Respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də 700 maşın-mexanizm hazır vəziyyətə gətirilib.

Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri aparılıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyyatlar yığılıb.

Təkcə paytaxt yollarında buzla mübarizə məqsədilə 1890 ton duz ehtiyatı yaradılıb, bu işlərə ümumilikdə 1100 nəfər işçi cəlb edilməsi nəzərdə tutulub.

Eyni zamanda qış mövsümündə yollarda işləyən işçilərin isti paltar, ayaqqabı və digər zəruri əşyalarla təmin edilməsi və qızınma məntəqələrinin yaradılması təşkil edilib.

Payız-qış mövsümünə hazırlıq məqsədi ilə agentlik tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin, eləcə də küvetlərin təmizlənməsi işləri aparılıb.

 

 

Payız-qış mövsümünə hazırlıq tədbirləri görülüb - Foto

 

скачать dle 12.1

Şərhlər