SON DƏQİQƏ
» » IHME: Azərbaycan ürək xəstələrinin ən çox olduğu ölkələrdən biridir

IHME: Azərbaycan ürək xəstələrinin ən çox olduğu ölkələrdən biridir

Tarix:

27-11-2018, 19:40

/ 10 271 dəfə oxundu.
IHME: Azərbaycan ürək xəstələrinin ən çox olduğu ölkələrdən biridir

Səhiyyə Göstəriciləri və Qiymətləndirmə institutu (IHME) dünyanın müxtəlif ölkələrində ömrün müddəti haqqında hesabat dərc edib. 

GunAz.az “The Lancet” nəşrinə istinadən xəbər verir ki, yaxın vaxtlarda Sinqapurda ömrün müddəti 74.2, Yaponiyada 73.1, İspaniyada isə 72.1 olacaq.

Bu, dünyada ən yüksək göstəriciləridir.

Ən aşağı göstəricisi isə Mərkəzi Afrika Respublikası, Lesoto və Cənubi Sudanda qeydə alınıb. 

Hesabatda deyilir ki, 2007-2017-ci illər arasında dünya əhalisinin sayı 87.2 milyon nəfər artıb. Eyni zamanda, İspaniya, Portuqaliya, Yunanıstan və Yaponiyanın da aralarında olduğu 33 ölkədə əhalinin azalması qeydə alınıb. 

Ürək xəstəliklərindən əziyyət çəkən insanların ən yüksək faiz üç ölkədə - Azərbaycan, Ukrayna və Özbəkistanda qeydə alınıb. Ən aşağı faiz isə Cənubi Koreya, Fransa və Yaponiyadadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ