SON DƏQİQƏ
» » Ölkədə TV və radio yayımı növbəti dəfə dayandırılacaq

Ölkədə TV və radio yayımı növbəti dəfə dayandırılacaq

Tarix:

27-11-2018, 11:22

/ 10 302 dəfə oxundu.
Ölkədə TV və radio yayımı növbəti dəfə dayandırılacaq

Dekabrın 3-də Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.

GunAz.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.

Birinci kompleks profilaktika fevralın 5-i, ikincisi iyunun 11-i, üçüncüsü isə sentyabrın 3-də keçirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ