SON DƏQİQƏ
» » İcbari tibbi sığorta və şəkərli diabetlə bağlı ictimai dinləmələr dekabra qaldı

İcbari tibbi sığorta və şəkərli diabetlə bağlı ictimai dinləmələr dekabra qaldı

Tarix:

26-11-2018, 18:58

/ 10 234 dəfə oxundu.
İcbari tibbi sığorta və şəkərli diabetlə bağlı ictimai dinləmələr dekabra qaldı

İcbari tibbi sığorta və şəkərli diabet xəstəliyi ilə bağlı ictimai dinləmələrin vaxtı məlum olub.

Bu haqdaGunAz.az-a Milli Məclisin (MM) Səhiyyə komitəsindən məlumat verilib.

Qeyd edilib ki, hər iki məsələ və qanunla bağlı ictimai dinləmələr dekabr ayında keçiriləcək

Məlumata görə, dinləmələrin bir qədər ləngiməsi isə 2019-cu ilin büdcə zərfinin müzakirələrə çıxarılması ilə bağlı olub.

Komitədən bildirilib ki, büdcə müzakirələri ayın 30-da başa çatan kimi, yəni, dekabr ayında hər iki qanunla bağlı dinləmələr baş tutacaq.

“Çünki hər iki qanunun yenilənməsinə, təkmilləşdirilməsinə, bəlkə də, tam yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var. Bu qanunların qəbulundan xeyli müddət keçib, xüsusilə icbari tibbi sığorta ilə bağlı məsələdə irəliləyişlər var. 2020-ci ildən ölkədə icbari tibbi sığortanın tam tətbiqi nəzərdə tutulur. Ona görə də dövrün reallıqlarına uyğun gələn qanun olmalıdır.

Bu baxımdan, həm icbari tibbi sığorta, həm də şəkərli diabet xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı ilə bağlı yeni qanunlara ehtiyac var. Amma son qərar ictimai müzakirələrdən sonra veriləcək”, - deyə komitədən qeyd edilib.

скачать dle 12.1

Şərhlər