SON DƏQİQƏ
» » Bakıda metaləritmə sexlərinin sahibləri cəzalandırıldılar

Bakıda metaləritmə sexlərinin sahibləri cəzalandırıldılar

Tarix:

26-11-2018, 18:56

/ 10 275 dəfə oxundu.
Bakıda metaləritmə sexlərinin sahibləri cəzalandırıldılar

Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı  şikayət araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. 

Analizlərin nəticələrinə görə, havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı sexin sahibi Ümüdvar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Bundan başqa, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsi 56 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı şikayət də araşdırılıb.

Sexin sahibi Mürsəl  Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ