SON DƏQİQƏ

Fədayə Laçından YENİ XƏBƏR var

Tarix:

26-11-2018, 15:08

/ 10 266 dəfə oxundu.
Fədayə Laçından YENİ XƏBƏR var

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

GunAz.az ölkə.az -a istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova çıxış edib. 

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə düzgün ittiham verilmədiyini qeyd edib. 

O deyib ki, A. Əsgərov Etibar Məmmədovu tanımayıb və onunla hər hansı əlaqəsi olmayıb. 

Sonra Ceyhun Səmədov və Fuad Hacıyevin vəkilləri də çıxış edib və müvəkkillərinə həbslə əlaqədar olmayan cəza verilməsini istəyiblər. 

Məhkəmədə müdafiə çıxışı mərhələsi başa çatıb. 

F. Laçın və digərləri növbəti prosesdə son sözlə çıxış edəcəklər. 

Məhkəmə iclası dekabrın 3-də davam etdiriləcək. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ