SON DƏQİQƏ

Əhaliyə VACİB XƏBƏRDARLIQ

Tarix:

26-11-2018, 12:32

/ 10 262 dəfə oxundu.
Əhaliyə VACİB XƏBƏRDARLIQ

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, hər il anbar zərərvericiləri 65 mln. ton ərzaqlıq və toxumluq dəni məhv edir. bu məhsulla 135 mln. insanı və ya bütün Afrika qitəsinin əhalisini qida ilə təmin etmək olar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən GunAz.az -a verilən məlumata görə, hazırda 400 növdən artıq anbar zərərvericisi mövcuddur.

Agentlikdən bildirilib ki, anbar zərərvericiləri yeyinti məhsulları və müxtəlif yüklərlə uzun məsafələrə yayılır.

“Xüsusilə karantin vəziyyəti zəif öyrənilmiş ölkələrdən bitki mənşəli məhsulların idxalının ildən-ilə artması, zərərli orqanizmlərin ölkə ərazisinə gətirilməsi kimi real təhlükə yaradır. İl ərzində idxal edilən karantin nəzarətində olan yüklərə baxış zamanı, Azərbaycan Respublikasında karantin tətbiq edilən onlarla növ aşkar edilir. Bununla yanaşı, hazırda bəzi saxlanma yerləri müasir tələblərə cavab vermir. Eyni zamanda, anbar zərərvericilərinin növ tərkibi hiss ediləcək dərəcədə artıb. Bu zərərvericilər müxtəlif substratları, xüsusən dəni, unu, yarmanı, quru meyvələri, meyvə-tərəvəzləri, heyvan mənşəli məhsulları, qarışıq yemləri, otu, dərman xammalının saxlanma yerlərini, nəqliyyat vasitələrini və s. yoluxdura bilir. Zərərvericilər məhsulun çəkisini azaldır, keyfiyyətini aşağı salır, toxumların cücərmə faizini azaldır. Bir çox gənə və həşəratlar allergenlər yaradır ki, bu da insanlarda allergik xəstəliklərin inkişafı üçün risk amili ola bilər”.

Məlumata görə, anbar zərərvericiləri ilə profilaktik və məhvedici tədbirlər görməklə mübarizə aparılır. Fumiqasiya geniş yayılmış məhvetmə üsullarından biridir.

“Fumiqasiya zamanı zərərvericilər zəhərli buxar və ya qazlarla məhv edilir. Zərərsizləşdirmə işlərinin texnologiyasına əməl etdikdə, 100% səmərə almaq mümkündür. Lakin fumiqantlardan yanlış istifadə, bu zaman qaydalara əməl edilməməsi ciddi fəsadlar yarada bilər”.

Odur ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, fumiqantlar tətbiq edilərkən xüsusi qaydalara əməl edilməlidir. Belə ki, həblərin vahid sahəyə düşən norması sahə üzrə bərabər şəkildə paylanmalıdır. Həblərin qeyri-bərabər paylanması nəticəsində, yanğın və partlayış baş verə bilər. Digər tərəfdən buməhsulun orqanoleptik göstəricilərinin pisləşməsinə və yüksək dərəcədə kimyəvi çirklənməsinə səbəb ola bilər.

Fumiqasiya prosesinə qədər təşkilatı işlər planlı şəkildə aparılmalı, müvafiq orqanlara fumiqasiyanın aparılması barədə məlumat verilməli, xəbərdaredici lövhələr hazırlanmalı, qaz sızmasının qarşısının alınması məqsədi ilə obyekt hermetikləşdirilməlidir. Fumiqasiya və deqazasiya zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edilməlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ