SON DƏQİQƏ

Bu şəxslərə ev veriləcək

Tarix:

17-11-2018, 17:55

/ 10 282 dəfə oxundu.
Bu şəxslərə ev veriləcək

Bu il noyabrın 25-dən başlayaraq şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 583 mənzil və fərdi evlərin verilməsinə başlanacaq.

GunAz.az  Oxu.az -a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, qarşıdakı bir ayda həmin mənzillər öz sahiblərini tapacaq.

Nazir bildirib ki, bunun üçün Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb:

“Nəzərdə tutulub ki, Qaradağ rayonunda 200 mənzil, Zabrat qəsəbəsində 95 mənzil, Mehdiabadda 72, Müşfiqabadda 24, İmişli rayonunda 54, Şamaxı rayonunda 36 mənzil istismara verilsin”.

S.Babayevin sözlərinə görə, “Dövlət İnvestisiya Proqramı”nda şəhid ailələri və Qarabağ əlilləri üçün əlavə 800 mənzilin tikilməsi nəzərdə tutulub. Bununla bağlı nazirlik müvafiq təkliflər hazırlayaraq hökumətə təqdim edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ