SON DƏQİQƏ

Qanunsuz ov edən şəxslər saxlanıldı

Tarix:

15-11-2018, 14:56

/ 10 350 dəfə oxundu.
Qanunsuz ov edən şəxslər saxlanıldı

Polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirilir.
DİN Mətbuat Xidmətindən GunAz.az -a verilən məlumata görə, noyabrın 14-də Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aşağı Cürəli kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Nemət Xanışov, Ramin Vahabov və onun qardaşı Sadiq saxlanılıblar.
 
Onlardan “TOZ”, “İJ” və “MR” markalı 3 ədəd ov tüfəngi, 22 ədəd patron, 7 ədəd giliz və 5 ədəd ovlanmış quş götürülüb.
 
Araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər