SON DƏQİQƏ

Balıq alarkən nəyə diqqət etməli?

Tarix:

9-11-2018, 17:55

/ 10 594 dəfə oxundu.
Balıq alarkən nəyə diqqət etməli?

Deyirlər, hansı ayda “r” hərfi yoxdursa, o ay balıq yemək olmaz. İnsanlar bu deyimin yanlış olduğunu bilsələr də, onlar üçün balıq mövsümü sentyabr ayından başlayır. Amma bu, o demək deyil ki, hansısa ayda “r” hərfi varsa, insanlar ağına-bozuna baxmadan balıq alıb yeyə bilər.

Bəs təzə balığı necə seçməli?

GunAz.az oxu.az -a istinadən xəbər verir ki, mütəxəssislər bildirir ki, balıq alan zaman ilk olaraq onun gözlərinə baxmaq lazımdır.

Çünki təzə və yaxşı şəraitdə saxlanılan balığın gözləri açıq və şəffafdırsa, deməli, təzədir, bulanıqdırsa, – köhnədir. Köhnə balıqda qəlsəmələr tünd boz rəngə çalır.

Balıq alarkən, qulağını iyləmək lazımdır. Əgər qulağından iy gəlirsə, demək, ətindən də iy gələcək.   

Təzə balığın ətini əlimizlə basanda yumşaq olmalıdır, batıq tez hamarlanmalıdır. Balıq alarkən qəlsəmələrinə də fikir vermək lazımdır. Əgər qəlsəmələrin altı qıpqırmızıdırsa, demək, təhlükəsiz balıqdır. Ancaq qəlsəmələrin altının qırmızı olmasına aldanmaq lazım deyil. Bunun təbii qırmızı olub-olmadığını bilmək üçün əllə qəlsəmələrin altına baxılmalıdır, əgər əlinə rəng yapışmadısa, təbii qırmızıdır. 

Təzə balığı suda saxlamaq lazımdır. Balıq sudan çıxdısa, ölməlidir. Balığı açıq havada günün altında saxlamaq onun xarab olması deməkdir. Balığı açıq havada bir gündən artıq saxladıqda oksidləşmə gedir. Dondurulmuş balığı isə 3-5 gün saxlamaq olar. 

Balığın təzəlik dərəcəsinin itməsi ilə əlaqədar olaraq balıq ətinin ağ rəngi də itir, çəhrayı, qırmızı, qonur rənglər yaranır. Balıq məhsulları alarkən istehlakçıların üzləşdiyi başlıca problem balığın saxlanma müddəti ilə bağlıdır. Təzə balıqdan spesifik çürümə iyi gəlməməlidir. Balıq köhnəldikcə, selik şəffaflığını itirir, ağ, sarı, boz və s. rənglərə çalır. 

Balıq məhsullarının növündən asılı olaraq onların saxlanma müddəti, şəraiti və temperaturu da müxtəlifdir. Belə ki, ilin isti vaхtlarında müvafiq şəraitdə təzə balığı mağazada 24 saat, soyuq vaхtlarda 48 saat saхlamaq olar.

Duzlu balıq çəlləklərdə duzlanma səviyyəsindən asılı olaraq 4-9 ay, yeşiklərdə dörd aya qədər, xüsusi paketlərdə vakuum şəraitdə 20-35 sutka, vakuumsuz şəraitdə 10-15 sutka, hisə verilmiş və qaxac edilmiş balıqlar iki aya qədər müddətdə saxlanıla bilər. Qurudulmuş balıq mənfi 8-10 dərəcədə 8-10 ay saxlanıla bilər.

скачать dle 12.1

Şərhlər