SON DƏQİQƏ

Səyahətə gedənlərin nəzərinə

Tarix:

19-10-2018, 22:19

/ 10 277 dəfə oxundu.
Səyahətə gedənlərin nəzərinə

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, bu bölgədə hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 19-24, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları, əsasən, yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, hava şəraiti, əsasən, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, oktyabrın 20-də arabir güclənəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ