SON DƏQİQƏ

İstirahət günlərində hava necə olacaq?

Tarix:

12-10-2018, 18:38

/ 10 388 dəfə oxundu.
İstirahət günlərində hava necə olacaq?

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu dağətəyi rayonlarda 13-18, dağlıq rayonlarda 8-13 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində arabir yağışlı hava şəraiti gözlənir. Havanın maksimal temperaturu 17-21, dağlıq rayonlarda 12-16 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında oktyabrın 13-ü gündüz, 14-də gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraiti əsasən yağmursuz keçsədə, səhər saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 19-24 dərəcə isti təşkil edəcək.

Paytaxtda okytabrın 13-də gecə və səhər, 14-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 13-də gündüz, 14-də gün ərzində mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 17-20 dərəcə isti təşkil edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ