SON DƏQİQƏ
» » Azərbaycan və İran gömrükçüləri arasında görüş

Azərbaycan və İran gömrükçüləri arasında görüş

Tarix:

11-10-2018, 21:29

/ 10 333 dəfə oxundu.
Azərbaycan və İran gömrükçüləri arasında görüş

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında daha bir görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən GunAz.az-a verilən məlumata görə, oktyabrın 11-də İran İslam Respublikasının Astara Gömrük İdarəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında daha bir görüş keçirilib.

Azərbaycan tərəfini Dövlət Gömrük Komitəsi Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov, İran İslam Respublikasını isə bu ölkənin Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidinin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib. Görüşdə Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.

Tərəflər arasında keçirilən əvvəlki görüşlərdə müzakirə edilən məsələlərə baxılıb, eyni zamanda, gömrük-sərhəd keçid məntəqələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesinin daha da sürətlə və maneəsiz həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, bu, Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında son iki həftə ərzində baş tutan üçüncü görüşüdür. Bundan öncə tərəflər Azərbaycan Respublikasının Astara gömrük-sərhəd keçid məntəqəsində və İran İslam Respublikasının Biləsuvar gömrük-keçid məntəqəsində bir araya gəliblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ