SON DƏQİQƏ

Hər dönəmdə cəfakeşdir – MÜƏLLİM!

Tarix:

11-10-2018, 13:51

/ 10 683 dəfə oxundu.
Hər dönəmdə cəfakeşdir – MÜƏLLİM!

“Mən dünyada müəllimdən uca və şərəfli ad tanımıram” – Ümummilli lider Heydər Əliyev.

Dünya sivilizasiyasına bir çox ilklər vermiş Türklər bütün sahələrdə olduğu kimi tərbiyə, təhsil, əlifba mədəniyyətini dünyada quran ilk xalqlardandır. Ümumiyyətlə dünya sivilizasiyasının inkişafını Türklərsiz təsəvvür belə etmək mümkün deyil.

Tarixdən də bəllidir ki, "Türk” sözünü ilk dəfə rəsmi dövlət adı olaraq qəbul etmiş Göytürk imperatorluğunda təhsil sistemi Hun təhsil sisteminin daha  təkmilləşmiş formada davamı idi. Bu günümüzə gəlib çıxmış Göytürklərdə yazı və oxu mədəniyyətinin nişanələri ona əsas verir deyək ki, həmin dövr cəmiyyətdə təhsil sistemi daha sistemli xarakter daşımışdır.

Orxon-Yenisey çayları ətrafında tapılmış daş kitabələr, hələ islamiyyətdən xeyli əvvəl Türklərdə təhsilin, mədəniyyətin yüksək inkişafını bir daha sübut etmişdir.

Elm, təhsil, mədəniyyət millətləri aydınlığa aparan ən böyük qüvvə kimi dünya insanlarına ulu Tanrının verdiyi paydır.

İslamda da uca Allah insanı xəlq edərkən bunların içərisində alimlərin olacağını xəbər vermişdir. Elmsiz bir cəmiyyətin sonu cahillikdir ki, burada da mənəviyyatdan, inkişafdan danışmağın özü belə cahillik olar.

Təhsil insanlığa, bəşəriyyətə gözəl gələcək, firavan yaşayış bəxş edir. Hər zaman elmə, təhsilə qiymət vermək lazımdır ki, bundan bütün bəşər övladı bəhrələnsin. Elmin, təhsilin gücü sayəsində bu gün yaşayışımız əvvəlki əsrlərlə müqayisəedilməz dərəcədə yaxşıya doğru dəyişib.

Mən isə bu gün sizə, həyatını xalqın işıqlı gələcəyinə həsr edən, göz nurunu, fiziki sağlamlığını gələcəyin inkişafı üçün sözün əsl mənasında qurban verən, evdə öz övadlarına qayğısını azaldaraq öyrəncilərinə qayğılarını artırıran, ailəsinə, isti ocağına ayıracağı vaxtdan kəsərək həmin vaftı cəmiyyətin inkişafına fəda edən, lazım gəldikdə isə qələmini masasının üzərinə buraxıb əlinə silah alaraq Vətəninin müdafiəsinə qalxan və müqəddəs amal uğrunda şəhid olmağı seçən böyük ürək sahibləri, müqəddəs peşə sahibləri olan müəllimlərdən – bir millətin iki Dövlətində olan müəllimlərindən birneçəsi haqda söz açmaq istəyirəm.

Qarabağ savaşında əli silah tutan bütün peşə sahibləri kimi düşmənlə üz-üzə xeyli sayda müəllimlər də iştirak edib. Onlardan şəhid olanların da olması məlumdur. Qəhrəmanım Qarayev Cavid Paşa oğlu 1955-ci ilin 10 iyul tarixində Ağdam şəhərində anadan olub.

Ağdamdakı 1 saylı tam orta məktəbi bitirəndən sonra, təxminən 1974-cü ildə Ağdam Musiqi Texnikumuna tar müəllimliyi ixtisasına qəbul olunub. 1976-cı ildə texnikumdan məzun olan Cavid Qarayev müharibə başlayana qədər elə həmin orta ixtisas məktəbində tar müəllimi işləyib. Tar müəllimi, incəsənət adamı olmasına baxmayaraq müharibə təzə başlayan vaxtlarda, təxminən 1987-88-ci illərdə “TİR” mərkəzi açıb, gənclərə atıcılığı öyrədirmiş. Özü də yaxşı atıcı idi deyə düşünməzdilər ki, ona güc gəlmək mümkün olsun.

Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin batalyonunda döyüşmüşdü. Cavid Qarayev Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin komandirliyi ilə dəfələrlə ağır döyüşlərdə olub. Ağdamın Papravənd və qonşu kəndlərin müdafiəsində, eləcə də Ağdərədə düşmənlərə qarşı igidliklə vuruşub. 1992-ci ildə kontuziya alıb. 1988-ci illərdə Ağdamda ilk könüllülər batalyonu yarananda Milli Ordumuzun tərkibinə yazılan bu cəsur əsgəri 1993-cü ilin oktyabrından etibarən bir daha görən olmayıb. O, müəmmalı şəkildə itkin düşüb.

Növbəti qəhrəmanım qardaş Türkiyəmizin Bingöl bölgəsinin mərkəzindən 40 kilometr uzaqlıqdakı ucqar kəndi olan Gönülaçan kəndində, sinifləri birləşdirərək 13 şagirddən ibarət bir ibtidai sinif müəlliməsi 25 yaşlı gənc müəllimə Eda Bekratdı. Eda Berkat  doğma eli Adanadan uzaq, doğmalarından kənar, isti yuvasından uzaqlarda, Bingöldə terror təhlükəsinə baxmayaraq o məğrur 25 yaşlı gənc müəllimə şəraitsiz olan məktəbin təmizliyini öz şagirdləri ilə özü edir, odun qırır, soba yandırır, məktəblərdə əyani vəsaitləri düzəldir, mehriban ortamda bir ailə quraraq əsl mənada cəsarət sərgiləyir. Məktəbin vaxtıilə kömür saxlanılan hissəsini təmizləyərək Adanadan gətirdiyi oyuncaqlarla uşaqların vaxt keçirməsi üçün yer düzəldib. Cəfakeş müəllimə bütün çətinliklərə baxmayaraq şagirdlərinə təhsil vermək, onların Vətənə dövlətə layiqli vətəndaş olmaları üçün ağır əməyə qatlaşaraq böyük səy göstərir. Gənc müəllimə  öz ölkəsinin firavan sabahı üçün bir növü qəhrəmanlıq nümunəsi göstərir.
Bu addım bir çoxlarına nümunə və ibrətamiz addım olmalıdır.
Sənəti sevən, xalqının gələcəyini düşünən gənc cəsur müəllimlərdən biri də Nəcməddin Yılmazdır. Nəcməddin müəllim gənc yaşlarından müəllimlik peşəsinə yiyələnmiş və elə çalışdığı məktəblərin  birində həm müəllim, həm də müdir kimi fəaliyyət göstərmişdir. Nəcməddin müəllim elə sənət yolunda və vətən uğrunda şəhidlik zirvəsinə yüksəlmişdir. .Dərs dediyi kənddən evlərinə qayıdarkən  PPK terorçulərı tərəfindən qaçırılaraq daha sonra qətl edilmişdir

Bu siyahını əfsuslar olsun ki, uzatmaq olar. Lakin bu bir qəhrəmanlıq nümunəsi və həyatda əsl vətəndaş kimi yaşamaq nümunəsidir.

Bizlərin isə ən ümdə vəzifəsi həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahibləri olan əziz müəllimləri daima layiqincə qiymətləndirmək düşər. Çünki onlar olmasa idi nə dünənimiz nə bugunumüz, nə də sabahımız olar! 

Gəlin müəllimləri qoruyaq! Dəyərlərini anlayaq!

 

Cavid İsmayıl

 

 

Hər dönəmdə cəfakeşdir – MÜƏLLİM!

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ