SON DƏQİQƏ
» » Sərnişin və yükdaşıma sahəsində islahatlar aparmağın vaxtıdır

Sərnişin və yükdaşıma sahəsində islahatlar aparmağın vaxtıdır

Tarix:

9-10-2018, 23:30

/ 10 229 dəfə oxundu.
Sərnişin və yükdaşıma sahəsində islahatlar aparmağın vaxtıdır

 

 

Qardaş Türkiyə Respublikasında dolların milli valyutaya nisbətən dəyərinin yüksək həddə çatması nəinki ölkəyə, o cümlədən qonşu respublikalara da mənfi təsir göstərmişdir. Türkiyədə həm azərbaycanlı tələbələr, həm də iş adamları kifayət qədərdir.

Əvvəllər Türkiyədə təhsil alan tələbələrə valideynləri avtobus və ya karqo ilə bağlama və ya sənəd göndərərkən 15 və ya 20 AZN pul ödəyərdilər. İndi isə istər 1 kiloqram olsun, istərsə də 20 kiloqram yük göndərmək istəsək, gərək avtobus sürücülərinə və ya karqoya 60 dollar zəhmət haqqı ödəyəsən. Azərbaycan özünü Türkiyəyə böyük qardaş hesab edirsə, iki millət və bir dövlət kəlamını rəhbər tutaraq gediş haqları niyə milli pulumuzla və ya Türkiyənin milli valyutası ilə hesablanmır? Bu bahaçılıqda bizim işbazların da günahı çoxdur. Dolların Türkiyədə qalxması Türk lirəsinə də xeyli təsir edib.

Lakin qonşu respublikalarda yabançı adlandırılan dövlətlərin, o cümlədən azərbaycanlı tələbələrinin də təhsil haqlarının qaldırılması biz valideynlərin də ailə büdcəsinə mənfi təsir göstərir. Öz xalqının tələbələrinin təhsil haqqını yabançı tələbələrinin hesabına ödədən dövlətin siyasəti əlbəttə ki, hər bir ölkəyə xeyirdir. Görəsən bizim ölkəmizdə də bu məsələ belə həll olunurmu?

Vergi və gömrük sahəsində baş verən xoşagəlməz hallar vətəndaşlara təsir edir.

Onu da qeyd edim ki, Azərbaycanda təhsil haqları olduqca baha olduğu üçün və bundan bəhrələnən qardaş Türkiyə Respublikasının təhsil sistemi də islahatlar apararaq yabançı tələbələri çətin duruma salıb. Əgər Türkiyə-Azərbaycan əlaqələri daha da genişlənirsə, dollardan imtina edilirsə, onda iki qardaş ölkə arasında ticarət əlaqələrimizi milli valyutamızla həyata keçirə bilərikmi?

Məncə bu haqda düşünmək vaxtıdır. Əks təqdirdə dolları olan təhsil alacaq cəmiyyətə savadsız vətəndaş kimi yetişəcək, dolları olmayan kasıb təbəqələr isə öz istedad və savadlarını artıra bilməyəcəklər.

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ