SON DƏQİQƏ
» » Ermənilər daha bir mahnımızı oğurladılar - VİDEO

Ermənilər daha bir mahnımızı oğurladılar - VİDEO

Tarix:

7-10-2018, 22:34

/ 10 407 dəfə oxundu.
Ermənilər daha bir mahnımızı oğurladılar - VİDEO

Tarixən türk xalq mahnısı kimi tanınan "Ninnə yarım" mahnısını ermənilər öz mahnıları kimi qələmə veriblər. Özü də bu azmış kimi, onu müxtəlif yerlərdə ifa edərək "Youtube" sosial şəbəkəsində paylaşıblar. 

GunAz.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Spitaklı Hayko kimi tanınan erməni müğənnisi bu mahnını toylarda, şənliklərdə erməni mahnısı kimi oxuyur.

Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov bildirir ki, "Ninnə yarım" mahnısı Kərkük mahnısı kimi tanınır və bu mahnının ermənilərlə heç bir əlaqəsi yoxdur. Digər mahnılar kimi onlar bu mahnını da oğurlayıb özününküləşdiriblər.

Məsələ ilə bağlı ermənişünas İsmayıl Tanrıverdi bildirir ki, ermənilərin belə bir addım atması heç də təəccüblü görünmür. Çünki onlar mədəniyyətlərini elə digər xalqlardan oğurladıqları mahnılar, musiqilər, abidələrlə formalaşdırıblar.

İsmayıl Tanrıverdi bildirir ki, "Ninnə yarım" mahnısını saxtalaşdırıb oxuyan Spitaklı Hayko Tigran Osetiryanla Zeynəb Xanlarovanın "Sən Müşfiqin yanında qal" mahnısını da oğurlayaraq Yutubda yayıblar.

Qeyd edək ki, "Ninnə yarım" mahnısını "Alla yar" adı ilə oxuyan Spitaklı Hayko adlı müğənni bir müddətdir ki, “Youtube” sosial şəbəkəsində yayılıb. Yerləşdirilən videolar müxtəlif tədbirlərdə və toylarda ifa olunub.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ