SON DƏQİQƏ

Havanın temperaturu bu tarixdə yüksələcək

Tarix:

5-10-2018, 16:20

/ 10 282 dəfə oxundu.
Havanın temperaturu bu tarixdə yüksələcək

Hazırda respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Belə hava şəraitinin oktyabrın 6-sı günortayadək davam edəcəyi gözlənilir. Belə ki, sabah gündüz saatlarından etibarən küləyin sürəti zəifləyəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15-18, bölgələrdə 18-22 dərəcə arasında dəyişəcək. Oktyabrın 7-də də bəzi bölgələrdə havanın yağıntılı olacağı proqnozlaşdırılır. Mülayim cənub-şərq küləyi əsəcək.

Bu barədə GunAz.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 8-dən etibarən hava şəraiti nisbətən mülayimləşəcək, gün ərzində əsasən yağmursuz keçəcək. Hərarət bu günlərlə müqayisədə tədricən yüksələcək. Şimal-şərq küləyi əsəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ