SON DƏQİQƏ
» » Xəzər Dəniz Gəmiçiliyi bütün gəmilərə xəbərdarlıq göndərdi

Xəzər Dəniz Gəmiçiliyi bütün gəmilərə xəbərdarlıq göndərdi

Tarix:

5-10-2018, 10:45

/ 10 483 dəfə oxundu.
Xəzər Dəniz Gəmiçiliyi bütün gəmilərə xəbərdarlıq göndərdi

5 oktyabrdan 6-sı gündüz saatlarına kimi Xəzər Dənizi akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasına aid Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərilib. 
Bu barədə GunAz.az-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib.

Onun sözlərinə görə, xəbrdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib.

Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları ve gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb. 

Bundan başqa, xəbərdarlıqda qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ