SON DƏQİQƏ
» » Neftçalanın daha bir kəndinə ilk dəfə qaz verildi

Neftçalanın daha bir kəndinə ilk dəfə qaz verildi

Tarix:

28-09-2018, 20:37

/ 10 298 dəfə oxundu.
Neftçalanın daha bir kəndinə ilk dəfə qaz verildi

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən Neftçala rayonunun Cəngan kəndinə ilk dəfə təbii qaz verilib.

GunAz.az “Azəriqaz”a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 656 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, həmçinin paylayıcı qaz xətləri çəkilib, 108 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ