SON DƏQİQƏ
» » Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

Tarix:

25-09-2018, 23:15

/ 10 413 dəfə oxundu.
Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva diyarının mədəniyyət naziri təyin edilib.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə Moskva diyarının qubernatoru Andrey Vorobyev məlumat verib. O, məlumatı region hökumətinin iclasında səsləndirib: "Moskva diyarının icra hakimiyyətində dəyişiklik var. Mədəniyyət naziri postuna Nərmin Oqtay Şirəliyevanı təyin etmişəm”.

Xatırladaq ki, N.Şirəliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, müxtəlif kütləvi informasiya vasitələrində çalışıb.

İngilis və fransız dillərini bilir.

2013-cü ildən Moskva qubernatorunun administrasiyasında çalışıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ