SON DƏQİQƏ
» » “Azərişıq” yağışın yaratdığı fəsadları aradan qaldırdı

“Azərişıq” yağışın yaratdığı fəsadları aradan qaldırdı

Tarix:

23-09-2018, 12:25

/ 10 290 dəfə oxundu.
“Azərişıq” yağışın yaratdığı fəsadları aradan qaldırdı

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində yaranan fəsadlar aradan qaldırılıb.

GunAz.az xəbər verir ki, Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Məlumat verib.

T.Mustafayev bildirib ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal, Qərb və Cənub Regional Elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub, elektrik verilişi xətlərində "Azərişıq" ASC əməkdaşları qabaqlayıcı tədbirlər görüb, yaranan qısa fasilələri operativ aradan qaldırıblar.

"Bakı şəhəri, Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısamüddətli fasilə yaranıb".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ